“Prezident İlham Əliyevin çıxışı qlobal fikir ayrılıqlarına dialoq mesajı verdi” - DEPUTAT DANIŞDI
“XIII Qlobal Bakı Forumu çərçivəsində İlham Əliyevin “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda etdiyi çıxış qlobal siyasi gündəmin ən həssas və aktual məsələlərinə toxunan mühüm mesajlarla yadda qaldı”.
Bu sözləri SİA -ya açıqlamasında Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Onun sözlərinə görə, dövlət başçısının nitqi mövcud beynəlxalq münasibətlər sisteminə verilən geniş təhlil olmaqla yanaşı, yeni geosiyasi reallıqlar fonunda əməkdaşlıq və dialoq imkanlarına dair strateji yanaşmanı da ortaya qoydu:
“Çıxış zamanı vurğulandı ki, müasir dünya dərin transformasiya mərhələsindən keçir. Siyasi qütbləşmənin gücləndiyi, regional münaqişələrin artdığı və qlobal təhlükəsizlik mexanizmlərinin effektivliyinin tez-tez müzakirə mövzusuna çevrildiyi bir dövrdə dialoq mədəniyyətinin təşviqi xüsusi əhəmiyyət daşıyır.
Prezidentin çıxışında önə çəkilən əsas məqamlardan biri beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə və dövlətlərin suverenliyinə əsaslanan əməkdaşlıq modelinin vacibliyi idi. Qeyd edildi ki, Azərbaycanın son illərdə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ölkənin müxtəlif siyasi və mədəni mərkəzlər arasında etibarlı dialoq platformasına çevrilməsinə imkan yaradıb. Bakı şəhərinin qlobal müzakirələrin aparıldığı mühüm məkan kimi tanınması da məhz bu siyasətin nəticəsi kimi qiymətləndirilir.
XIII Qlobal Bakı Forumu eyni zamanda müxtəlif sivilizasiyalar, dinlər və ideoloji baxışlar arasında qarşılıqlı anlaşma imkanlarının müzakirə edildiyi nadir platformalardan biridir. Bu baxımdan Prezident İlham Əliyevin çıxışı dünyada artan fikir ayrılıqlarının aradan qaldırılması üçün qarşılıqlı etimadın və inklüziv dialoqun gücləndirilməsinin vacibliyini bir daha ön plana çıxardı.
Azərbaycanın multikulturalizm siyasəti və dini tolerantlıq ənənələri də bu çağırışların real təzahürü kimi dəyərləndirilir. Ölkədə müxtəlif dini icmaların və ictimai təşkilatların sərbəst fəaliyyət göstərməsi, dövlətin bu sahədə balanslaşdırılmış yanaşma nümayiş etdirməsi Azərbaycanın beynəlxalq səviyyədə etimad qazanan model kimi qəbul olunmasına səbəb olur.
Prezidentin forum çərçivəsində səsləndirdiyi fikirlər qlobal səviyyədə dialoq və əməkdaşlığın alternativsiz olduğunu bir daha göstərdi. Müasir dünyanın mürəkkəb çağırışlarının həlli yalnız ortaq maraqların axtarılması və konstruktiv müzakirələr vasitəsilə mümkün ola bilər. Bakı Forumunun əsas mahiyyəti də məhz bu ideyanın praktiki platformada həyata keçirilməsidir.
Belə beynəlxalq təşəbbüslər Azərbaycanın qlobal miqyasda intellektual və siyasi dialoqu təşviq edən mühüm aktor kimi mövqeyini daha da möhkəmləndirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB