"Biz Azərbaycanla həmrəyliyimizi bildiririk" - Almaniyadan MÖVQE

Almaniya İranın hücumları fonunda Azərbaycanla həmrəyliyini ifadə edib. SİA xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

"Biz bu gün Naxçıvana İran dronları ilə endirilən zərbələri, eləcə də Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan hər hansı hərəkəti qətiyyətlə pisləyirik. Biz Azərbaycanla və bu insident nəticəsində zərərçəkənlərlə həmrəyliyimizi bildiririk. Vəziyyəti və hadisələrin sonrakı inkişafını diqqətlə izləməyə davam edirik", - məlumatda bildirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə