“Davos Forumu Azərbaycanın siyasi, iqtisadi maraqlarının təşviqində əhəmiyyətli platformadır” - DEPUTAT DANIŞDI
“Prezidentin Davos İqtisadi Forumuna səfəri özlüyündə mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib. 
Onun sözlərinə görə, bu nüfuzlu beynəlxalq platforma çərçivəsində keçirilən görüşlər, ikitərəfli təmaslar və dünyanın aparıcı dövlətlərinin yüksək səviyyəli nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
”Davos Forumu ölkəmiz üçün gələcək inkişaf strategiyasının konturlarının müəyyənləşdirilməsi, prioritet istiqamətlərin formalaşdırılması və bu istiqamətlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün əlverişli imkanlar yaradır.
Forum çərçivəsində aparılan müzakirələr və keçirilən yüksək səviyyəli görüşlər Azərbaycanın regional və qlobal proseslərdə etibarlı tərəfdaş kimi mövqeyini bir daha təsdiqləyir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi məsələlər üzrə səsləndirilən mövqelər ölkənin strateji maraqlarını əks etdirir və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Bu baxımdan Davos İqtisadi Forumu Azərbaycan üçün təkcə dialoq meydanı deyil, eyni zamanda uzunmüddətli siyasi və iqtisadi maraqların təşviqi baxımından əhəmiyyətli platforma kimi çıxış edir.
Eyni zamanda, forum çərçivəsində Azərbaycan dövlətinin siyasi və iqtisadi mövqelərinin nümayiş etdirilməsi, ölkənin regional və qlobal proseslərdə oynadığı rolun vurğulanması mühüm əhəmiyyət kəsb edir. Hesab etmək olar ki, dövlət başçısı bu platformanı hər zaman olduğu kimi strateji baxımdan düzgün qiymətləndirərək, çıxışlarında Azərbaycana investisiya cəlb olunması ilə bağlı çağırışları ön plana çəkmişdir. Bu çağırışların beynəlxalq tərəfdaşlar tərəfindən ciddi şəkildə təhlil ediləcəyi və nəticə etibarilə Azərbaycanın iqtisadi inkişafı üçün yeni perspektivlərin formalaşmasına töhfə verəcəyi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB