"Azərbaycan-Ermənistan ticarəti etimadın bərpasına töhfə verir" - POLİTOLOQ DANIŞDI
"Azərbaycanın Ermənistan bazarına daxil olması və orada iştirak etməsi münasibətlərin inkişafı, qarşılıqlı etimad və əməkdaşlığın möhkəmlənməsi, eyni zamanda ticarət əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazisindən, xüsusilə Naxçıvan istiqamətindən Ermənistana yüklərin ötürülməsi, eləcə də Azərbaycan məhsullarının eyni xətlə Ermənistana çatdırılması bu sahədə iqtisadi və ticarət əməkdaşlığının genişlənməsi baxımından əhəmiyyətli addımdır: "Bu proses həm də Ermənistanla Azərbaycan arasında əvvəllər mövcud olmuş kommunikasiya və nəqliyyat xətlərinin bərpası, Zəngəzur dəhlizinin reallaşması istiqamətində ciddi irəliləyiş kimi qiymətləndirilə bilər.
Qeyd edək ki, Azərbaycanın Ermənistan bazarına daxil olaraq orada mövqe qazanması, ölkəmizin Cənubi Qafqazda etibarlı və aparıcı iqtisadi-ticarət tərəfdaşına çevrildiyini sübut edə bilər. Çünki Azərbaycanın təşəbbüskarı və aparıcı tərəfdaşı olduğu regional və qlobal layihələr Gürcüstan da daxil olmaqla region ölkələrinə fayda verir və onlara iştirak imkanları yaradır.
Bu, eyni zamanda Ermənistan üçün bir siqnal ola bilər ki, Azərbaycan bu layihələrin təşəbbüskarı və aparıcısı kimi regionda mühüm tərəfdaşdır. Ermənistan və Gürcüstanın bu layihələrə qoşulması regionda sülhün möhkəmlənməsinə və iqtisadi inkişafa töhfə verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB