Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Sloveniya Rspublikasının xarici işlər naziri və Avropa işlər naziri Tanya Fayon arasında görüş keçirilib. SİA xəbər verir ki, görüşdə Ceyhun Bayramov 2022-2026-cı illərdə ölkələrimiz arasında diplomatik münasibətlərimizin 30 illiyini qeyd edəciyini bildirib.
Onun sözlərinə görə, bu gün görüşlər arasında bu dialoqu intensivləşdirmək və yüksək səviyyəli səfərlərin olması barədə bir çox məsələlər danışılıb. Həmçinin görüş əsnasında, o cümlədən Balkanlarda və Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı müzakirə apara bildik. Eləcə də beynəlxalq aləmdə gedən qlobal məsələlərdə gündəmdə oldu. Bununla yanaşı görüşdə ticarət əlaqələrimiz barəsində də geniş tərkibdə söhbətlər etdik. Ötən il ticarət dövriyyəmiz 30 milyon dollar həcmində oldu. Lakin bu bizi qəne etmədi. Buna baxmyaraq müsbət hal ondan ibarətdir ki, geniş tərkibdə inkişaf davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə