"Naxçıvana gedən yol mütləq açılacaq və açılmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikasının Prezidenti yerli kanallara verdiyi müsahibədə həm ölkə vətəndaşlarını, həm də dünya ictimaiyyətini maraqlandıran məsələlərə aydınlıq gətirib. Əlbətdə ki, bu fikirlər reallıqlardan irəli gəlir. Çünki Azərbaycan müstəqil bir dövlət kimi dünyanın parçasıdır. Bu gün dünyada baş verən hadisələrə biganə qala bilməz, bununla yanaşı həm özünün inkişafı, həm də beynəlxalq aləmdə qazandığı uğurlar müstəqil dövlət kimi özünü sübut etmişdir". Bu sözləri deputat Tahir Rzayev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, cənab Prezident ölkədəki iqtisadi inkişafa böyük önəm verir: "Təbiidir ki, ilk olaraq çıxışında uğurlarımızla, ölkə vətəndaşlarımızın sosial rifahı halında keçirilən tədbirlərlə, ümumilikdə Azərbaycanın iqtisadi inkişafının dünyada yüksək səviyyədə qarşılanması ilə başladı. Bu hər bir Azərbaycan vətəndaşı üçün qürur hissi doğurur, çünki həqiqətən də iqtisadiyyatımız inkişafdadır və bunun sürəti bir çox uğurlara imza atmağımıza imkan yaratmışdır. Azərbaycan iqtisadiyyatının son ildə 4, qeyri-neft sektorunun 6, qeyri-sənaye istehsalının 7 faizdən, eləcə də valyuta ehtiyatlarımızın bir ildə 5 mlrd dollardan çox artıb 72.mlrd dollar həcminə çatması uğurlarımızdan xəbər verir. Bu il büdcə xərcləri ölkə rəhbərinin dediyi kimi ən yüksək səviyyədə olmuşdur. Bu xərclərin 41 mlrd manata, icmal büdcəsinin 48 mlrd manta səviyyəyə yüksəlməsi ölkənin iqtisadi qüdrətindən, həmçinin bu xərclərin bilavasitə 41 faizinin sosial yönümlü xərclərə yönəldilməsinə, insanların sosial rifahının halına sərf edilməsinə nəzərdə tutulması sevindiricidir.

Son illərdə əmək haqları bir neçə dəfə artmışdır. Cənab Prezidentin imzaladığı son sərəncama əsasən artıq minimum əmək haqları və pensiyaların 14-15 faiz artırılması nəzərdə tutulur, həmçinin bu ildən tətbiq olunacaq".

Tahir Rzayev həmçinin bildirib ki, bu iqtisadi göstəricilər zəminində Azərbaycanda bir çox mühüm tədbirlərin keçirilməsinə imkan yaranmışdır: "Ölkə rəhbəri bunu öz müsahibəsində geniş izah etdi. Xüsusilə 2024-cü ildə dünya əhəmiyyətli COP29-un Azərbaycanda keçirilməsi və bu sahədə böyük təşkilatçılıq işlərinin aparılması dünyaya Azərbaycanın bir örnək kimi təqdim edilməsi, iqtisadi uğurlarımızın beynəlxalq aləmdə qazanılanların ifadəsi kimi qiymətləndirilməlidir. Cənab Prezidentdə öz çıxışında bildirdi ki, bir çox ölkələrin mənfur niyyətlərinə, COP29-u baykot etmə çağırışlarına baxmayaraq Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirdi və qarşıya qoyulan bir çox məqsədlərə nail olundu. Bu məqsədlərdən ən başlıcası ölkə rəhbərinin humanist çağırışları, kiçik ada dövlətlərinə qayğı, müstəqilliyini təmin etmiş kiçik ölkələrə yardım və insanların yaxşı yaşaması üçün mühüm maliyyə məsələlərinin həll edilməsi idi. Bu məsələlər COP29-un yekunlarında artıq təsdiq olundu. Bu gün Azərbaycan iqtisadiyyatı imkan verir ki, büdcə xərclərimizin 8.4 mlrd manatını ölkənin milli təhlükəsizliyinin, müdafiə və ordu quruculuğunun artırılmasına yönəldə bilək".

O eyni zamanda vurğuladı ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin görülməsinə artıq son illərdə 9 mlrd manat vəsait sərf olunub: "Ölkə rəhbəri müsahibəsində bildirdi ki, bu ildə 4 mlrd vəsaitin xərclənməsi nəzərdə tutulub və həmin ərazilər cənnətə çevriləcək. Hər birimizə aydındır ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işləri nəinki Azərbaycanda həmçinin qonşu ölkələrdə də qürur hissi doğurur. Erməni faşistləri tərəfindən 30 il işğal altında qalan, dağıdılan şəhər və kəndlərimiz bu gün abadlaşdırılır. Həmin ərazilərə 30 mindən artıq insan köçürülmüşdür və yeni köç uğurla davam etməkdədir. Azərbaycan Prezidenti bu məsələlərə geniş yer verdi və bildirdi ki, biz işğaldan azad edilmiş ərazilərdə nümunəvi həyat yaradacıq, həmçinin onuda qeyd etdi ki, mən yüz dəfədən çox həmin ərazilərə artıq səfər etmişəm. Hər səfər zamanı yeni duyğular, hisslər yaşadığını və Qarabağı azad, xoşbəxt görməyi ən böyük arzusu olduğunu vurğuladı. Bu Azərbaycan Prezdentinin torpağına, vətəninə sonsuz məhəbbət və sədaqətinin göstəricisidir, eyni zamanda xalq birliyinin ifadəsidir. Azərbaycan Prezdenti dəfələrlə vurğulayıb ki, xalq mənim arxamdadır, məndə xalqımın arxasındayam. Ölkə rəhbəri böyük ümidlə və qətiyyətlə bildirdi ki, biz mütləq Şərqi Zəngəzura qayıdacıq. Naxçıvana gedən yol mütləq açılacaq və açılmalıdır. O bildirdi ki, faşizm heç vaxt qalib gələ bilməz. Emənistanın üç prezidenti faşizm ideologiyasına xidmət ediblər, bu gün də həmin ideologiyanın daşıyıcılarıdır. Ya Ermənistan faşizmin kökünü kəsməlidir, ya da biz faşizmi məhv etməliyik. Azərbaycan Prezdentinin bu çıxışı beynəlxalq aləmdə böyük əks-səda yaradıb. Bu çıxışdan irəli gələn vəzifələr Azərbaycanın milli maraqlarına uyğundur, həm də sülhün, əmin-amanlığın, demokratiyanın inkişaf etdirilməsinə bir töhfədir".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə