Hərbi qulluqçuların pensiya yaşı niyə artırılır? - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Əvvəllər Silahlı Qüvvələrdə zabitlər, gizirlər 20 il xidmət başa vurduqda pensiya ilə təminat hüququ alırdılar. İndiki mərhələdə hərbi xidmət keçmək haqqında qanunda dəyişiklik edilsə, Azərbaycan Respublikasının "Hərbi qulluqçuların statusu haqqında" qanuna əlavələr və dəyişikliklər olunmalıdır. Bununla da, hərbi xidmət dönəmi 25 ilə qaldırıldıqdan sonra pensiya almaq hüququna malik olacaqlar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, indiki qanunvericiliyə qədər olan müddətdə hərbçilər - xüsusilə zabit və gizirlər, generallar 20 il xidmət edib, ehtiyata çıxıb pensiya təminatı ala bilirlərsə, indi bu 25 ilə doldurmalıdırlar: “Yəni, 20 il öncə öz arzusu ilə, yaş yaxud sağlamlıq problemləri ilə bağlı zabitlər və gizirlər tərxis olunurdular”.

Qanunvericiliyə indiki mərhələdə bu dəyişikliyin edilməsi zərurətinin hansı səbəblərdən yarandığı məsələsinə gəldikdə isə ekspert bildirib ki, qanunvericiliyə təkliflər adətən qurumlar tərəfindən götürülür: “Qurumlarda təklifləri qiymətləndirərək qanunvericilikdə dəyişikliklər həyata keçirirlər. Müdafiə Nazirliyinin strukturlarında “Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik etmək ehtiyacının yaranma səbəblərini nazirlik əsaslandırmalıdır. Əslində, düşünürəm ki, bunun indiki mərhələdə ehtiyac görülməsinə səbəb xüsusilə 20 il xidmət keçmiş kateqoriyaların çoxu 44 günlük müharibədə iştirak etmiş, döyüş və müharibə təcrübəsi olan kadr heyətlərinin təcrübəsindən yararlanmaq və sonrakı mərhələdə arxadan gələn kadr potensialının Silahlı Qüvvələrdə xidmət dövrünün uzadılmasına nail olmaqdan ibarətdir".

E.Şıxəliyev sözlərinə davam edərək bildirib ki, bu mərhələdə bir çox məsələlər müzakirələrə səbəb olacaq: “Xüsusilə də bu qanunun hansı kateqoriyaya aid olması məsələsi müzakirə olunacaq. Sonrakı mərhələdə 20 il xidmət əvəzinə kadr potensialı 25 il xidmət dövründən sonrakı əmək pensiyalarının haqq qazanmaları nəzərə alınacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə