Suqovuşan və Sərsəng su anbarının önəmi BƏLLİ OLDU - HƏRBİ EKSPERT AÇIQLADI

"Suqovuşan və Sərsəng su anbarı uzun illər işğal altında olub. Bildiyiniz kimi, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan Suqovuşan ətraf ərazilərin su və enerji ilə təmin etməyə malikdir. Odur ki, işğal altında olduğu müddətdə həm Suqovuşan, həm də Sərsəng su anbarı baxımsız qalıblar. Ermənilər bununla bağlı heç bir tədbir görməyib". Bu sözləri SİA-ya açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində azad edildikdən sonra Suqovuşanda xeyli təmir işləri aparılıb: "Kənd təsərrüfatı üçün strateji bir obyektin yenidən istismara verilməsi vacib rol oynayır. Eyni zamanda, həm Suqovuşan, həm də Sərsəng su anbarı turizmin inkişafı baxımından səmərəli ərazidə yerləşir".

R.Məhərrəmov sözlərinə davam edərək bildirib ki, ötən ay antiterror tədbirləri zamanı Sərsəng su anbarının ərazisi işğaldan azad olundu: "Bu su anbarı bütün Qarabağ və ətraf rayonları su təchizatı ilə təmin etməyə malikdir. Sərsəng su anbarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Güman edirəm ki, dövlətimiz illərlə baxımsız qalmış Sərsəng su anbarını da təmir edəcək. Gələcəkdə bu su anbarının səmərəli istifadəsinin şahidi olacağıq. Bir sözlə, Suqovuşan və Sərsəng su anbarı Azərbaycanın həm kənd təsərrüfatı, həm enerji, həm də turizm sahəsi üçün əhəmiyyətli rola sahibdir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə