DSX-nin hərbi qulluqçusu vəfat edib

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Hüseynli Vüsal Vüqar oğlu xəstəlikdən vəfat edib. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”, - xəbərdə qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə