İngiltərədə ən məşhur körpə adı “Məhəmməd” oldu

Onlayn media şirkəti “BabyCentre” tərəfindən paylaşılan məlumata görə...

“Məhəmməd” İngiltərədə ən məşhur oğlan uşağı adı olmağı davam etdirir.

SİA xəbər verir ki, onlayn media şirkəti “BabyCentre” tərəfindən paylaşılan məlumata görə, fərqli yazılışları ilə “Məhəmməd” (Muhammad, Mohammed və ya Mohammad) adı 5 il içində İngiltərədə ən məşhur oğlan uşağı adı siyahısının başında olub. Siyahıda ikinci və üçüncü sıralarda “Noah” və “Oliver” adları 2020-ci ildəki yerlərini qoruyub, Omar 79, Abdul da 90-cı sırada olmaqla 100 oğlan uşağı adları siyahısında yer alıb.

Qız adları siyahısında isə “Olivia” bu il birinci, “Sophia” ikinci, “Fatima” və “Nur” adları isə ilk 100-lükdə olub.

Yeni tip koronavirus (Covid-19) səbəbindən naməlumluq dövründə bəzi valideynlər uşaqlarına “Aurora” kimi “şəfəq” və ya “yeni başlanğıc” mənası verən adlar seçib.

Bundan başqa, “Netflix”, “Disney” filmlərinin təsiri ilə Luka (Luca), Penelopa (Penelope), Meyv (Maeve) adları da ilk 100 ad arasındadır.

Tokio Olimpiadasından sonra körpələrə Cek (Jack), Ceyson (Jason) və Lük (Luke) kimi tanınan idmançıların adları da qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...