...Finlandiya körfəzində, İkinci Dünya Müharibəsindən qalan mina sahələrinə görə “ölüm adası” adlandırılan Bolşoy Tyuters adasında elm adamları nadir bağ siçanı aşkar ediblər. Uzun müddətdir ki, bu növün Şimali və Şərqi Avropada vəhşi təbiətdən demək olar ki, yoxa çıxdığına inanılırdı.
Təbiəti Mühafizə Fondunun fikrincə, adanın yaşayışsız olması bağ siçanlarının sağ qalmasına səbəb ola bilər.
Nijne-Svirski Təbiət Qoruğunun mütəxəssisləri adadakı bağ siçanlarının ekoloji xüsusiyyətlərini öyrənməyi, onların sayını hesablamağı, müntəzəm monitorinqlər qurmağı və bu nadir gəmiricilər üçün mümkün təhlükələri müəyyən etməyi planlaşdırırlar.
SİA-nın məlumatına görə, bundan əvvəl Leninqrad vilayətində çayın çirklənməsinin qızılbalıqların təhdid etdiyi bildirilmişdi.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə