...Professorun rəhbərlik etdiyi Çin Elm və Texnologiya Universitetinin alimləri nadir atmosfer hadisəsini - tufanlar zamanı Himalay dağlarında baş verən parlaq qırmızı elektrik boşalmalarını tədqiq ediblər.
SİA-nın məlumatına görə, mütəxəssislər "qırmızı spritlər" adlanan bu ildırımların arxasındakı mexanizmləri üzə çıxarıblar.
Tədqiqat Advances in Atmospheric Sciences elmi jurnalında dərc olunub. Komanda peyk trayektoriyaları və ulduz sahəsinin təhlilindən istifadə edərək vaxt sinxronizasiyasının innovativ metodunu işləyib hazırlayıb.
Bu, onlara spritləri öz "ana" şimşəkləri ilə dəqiq əlaqələndirməyə imkan verib.
Təhlil göstərib ki, ildırım Qanq düzündən Tibet yaylasına qədər uzanan güclü mezomiqyaslı konvektiv sistemdə yaranıb.
Bu hadisə Cənubi Asiyada bir ildırım zamanı qeydə alınan spritlərin sayına görə rekord vurub.
Bundan əlavə, alimlər Asiyada ilk dəfə olaraq atmosferin “kabus spritləri” kimi tanınan nadir yaşıl parıltısını qeydə alıblar.
Tədqiqat Himalay dağlarında ildırımların atmosfer proseslərinə təsir edən mürəkkəb elektrik boşalmaları yarada biləcəyini vurğulayır. Bu kəşflər atmosferin fizikasını və onun iqlimlə qarşılıqlı əlaqəsini anlamaq üçün vacibdir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə