Yapon alimləri Daun sindromunda əlavə xromosomu çıxara biliblər

…Yaponiyalı tədqiqatçılar əlavə 21-ci xromosomu çıxarmaq üçün CRISPR-Cas9 texnologiyasından istifadə edərək Daun sindromunun müalicəsində əhəmiyyətli irəliləyiş əldə ediblər. PNAS Nexus-da dərc edilən işin nəticələri yeni genetik müalicələr üçün imkanlar açır.

SİA-nın məlumatına görə, Daun sindromu 21-ci xromosomun əlavə bir nüsxəsinin olması ilə əlaqədardır.

Mie Universiteti Tibb Fakültəsindən Ryotaro Hashizumanın rəhbərlik etdiyi bir qrup, bu xromosomu kök hüceyrələrdən və dermal fibroblastlardan əldə edilən hüceyrələrdən dəqiq şəkildə çıxarmaq üçün CRISPR-Cas9 istifadə etdib.

Alimlər digər genlərin zədələnməsini minimuma endireməyə və normal hüceyrə funksiyalarını bərpa edə biliblər. Əhəmiyyətli bir nəticə ondan ibarət idi ki, DNT-nin zədələnməsinə qarşı hüceyrə reaksiya mexanizmlərinin müvəqqəti yatırılması əlavə xromosomun çıxarılmasının effektivliyini artırdı.

Metod digər xromosomları zədələmək riski səbəbindən hələ klinik istifadəyə hazır olmasa da, kəşf Daun sindromu üçün innovativ müalicə üsullarının yaradılması istiqamətində mühüm addımdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə