Banan yeməyin kimlərə qəti qadağan olunduğu məlum olub

Mədənin eroziv və xoralı lezyonları eləcə də qıcıqlanmış bağırsaq sindromu olan insanlar bananları istehlak etməməlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə qastroenteroloq Svetlana İlyaşenko xəbərdarlıq edib.

Həkim qeyd edib ki, mədə-bağırsaq xəstəlikləri və qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanlar banandan uzaq durmalıdırlar.

Banan yemək tərkibində həll olunan lif və şəkər spirtlərinin yüksək olması səbəbindən qaz və şişkinliyə səbəb ola bilər. Eyni zamanda həkim etiraf edib ki, bananın tərkibində faydalı maddələr, B vitaminləri, C vitamini, dəmir, kalsium, kalium, flüor və fosfor var.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə