“Həkimlərimizi tanıyın!” rubrikasında dr.Eldar Bağırovu təqdim edirik

Mərkəzi Gömrük Hospitalının Ürək-damar Cərrahiyyəsi şöbəsinin yüksəkixtisaslı uzman ürək-damar cərrahı dr.Eldar Bağırovu təqdim edirik. SİA xəbər verir ki, dr.Eldar Bağırovu Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsində Tromboektomiya və Tromboaspirasiya, Robotik Aterektomiya, İnvaziv Farmakomekanik Tromboektomiya və Venadaxili BioGlue embolizasiyasını icra edir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/eldar-bagirov/

Eldar həkim 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil almış, daha sonra 2004-2010-cu illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsində təhsilini davam etdirərək ürək-damar cərrahiyyəsi üzrə uzmanlıq dərəcəsini qazanıb. O, 2011-ci ildə Türkiyənin Osmangazi Universitetinin Ürək-Damar Cərrahiyyəsi şöbəsində ürək-damar cərrahı kimi, 2012-2014-cü illərdə Türkiyənin Artvin Dövlət Xəstəxanasında ürək-damar cərrahı kimi və 2014-2023-cü illərdə Türkiyənin Ankara Yüksək İxtisas Xəstəxanasında ürək-damar cərrahı kimi fəaliyyət göstərib. O, 2024-cü ilin dekabr ayından etibarən Mərkəzi Gömrük Hospitalının Ürək-Damar Cərrahiyyəsi şöbəsində ürək-damar cərrahı kimi fəaliyyət göstərir.

Eldar həkim öz üzərində çalışan, tibb sahəsində bilik və bacarıqlarını daim zənginləşdirən yüksəkixtisaslı mütəxəssisdir. O, 2008-ci ildə Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə keçirilən X Milli Konqresdə, 2009-cu ildə Türkiyə Milli Vaskulyar Cərrahiyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən XIV Milli Vaskulyar Cərrahiyyə Konqresində, 2019-cu ildə Türkiyə Milli Vaskulyar və Endovaskulyar Cərrahiyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən XIX və 2021-ci ildə XX Türkiyə Milli Vaskulyar və Endovaskulyar Cərrahiyyə Konqreslərində, 2024-cü ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən I Türk Dövlətləri Kardioloji Qurultayında iştirak edib. O, Türkiyə Endovaskulyar Cərrahiyyə Cəmiyyətinin üzvüdür.

Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə