Tbilisidə Çin vətəndaşı qətlə yetirilib

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Vera rayonunda qətl hadisəsi törədilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Axvlediani küçəsində yerləşən masaj mərkəzində baş verib. İnsident zamanı Çin vətəndaşı olan gənc qadın qətlə yetilirib, digər qadın isə xəsarətlər alıb. Faktla bağlı istintaq başlanılıb. Qanlı hadisənin soyuq silahla törədildiyi bildirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə