27 yaşlı qadın dəm qazından öldü...

27 yaşlı qadın dəm qazından öldü...

Dəm qazı daha bir can alıb. Sabirabad sakini dəm qazının qurbanı olub. Hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Seydanə Mirələkbər qızı Ələkbərova hamamda olan zaman dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə