Cəlilabad rayonunun Üçtəpə kəndində ağır cinayət hadisəsi qeydə alınıb. Kənd sakini şəxsi münasibətlər zəminində 12 və 14 yaşlı qardaşı qızı və oğluna hücum edib. İlkin məlumata görə, azyaşlılara balta ilə müxtəlif bədən xəsarətləri yetirilib. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, cinayət əməlində şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istintaq davam etdirilir. Araşdırmalar aparılır.
Əmisi tərəfindən baltalanan iki azyaşlıdan biri, 2011-ci il təvəllüdlü Nağıyeva Həqiqət Musa qızı xəstəxanada vəfat edib.
***
Bildirilib ki, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Digər azyaşlının müalicəsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB