"Mersedes" aşdı, 4 nəfər xəsarət alıb

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində bir ailənin dörd üzvü - 1961-ci təvəllüdlü Zabitə Qasımova, 1998-ci il təvəllüdlü Nurşən Qasımova, 2020-ci il təvəllüdlü B.Q və 2023-cü il təvəllüdlü A.Q xəsarət alıblar. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə