Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Nəsimi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Nəsimi rayonunda bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı H.Məmmədov saxlanılıb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə