6 nəfər imtahandan xaric edilib - DİM

Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

DİM-dən SİA-ya verilən məlumata görə, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə