CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 1-də 125,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,9 dollar/barel çoxdur.

Bu barədə SİA-ya ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 123,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,36 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 80,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,09 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 121,54 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,05 dollar/barel çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə