AB Rusiya ilə “qaz müharibəsi” üçün gizli plan hazırlayır?

Rus saytlarının yazdığına görə, İngiltərənin gündəlik “The Times” nəşri Avropa Birliyinin Rusiya ilə “qaz müharibəsi” üçün gizli bir plan hazırlaığını tirajlayıb.

Qəzetin yazdığına görə, guya İspaniya dövləti digər Avropa Birliyi ölkələrinə alıcılıq qabiliyyətlərini birləşdirməyi və strateji yanacaq ehtiyatlarını birgə satın almağı təklif edib.

Madridin fikrincə, bu təşəbbüs sayəsində Avropa Rusiyanın qaz tədarükünü məhdudlaşdırmaq və qiymətini artırmaq cəhdlərinə müqavimət göstərə biləcək və nəticədə Moskvanın girovu olmağı dayandıracaq .

Xatırladaq ki, bu gün Avropada rus qaının qiyməti “kəlləçarxa” qalxıb. Belə ki, hazırda qazın qiyməti tarixi zirvələri keçərək 970 dollara çatıb.

Maraqlıdır ki, ruslar qaz qiymətindəki bu artım səbəbini daha çox “Şimal axını 2” -nin sertifikatlaşdırılmasına qarşı yaradılan yeni maneələr və Avropadakı karbon tullantılarına görə kvota üçün alınan yüksək qiymətlərdə görür.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə