Fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək "Zəngilan" Kiçik Su Elektrik Stansiyasında (KSES) 45,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bu barədə SİA-ya Energetika nazirliyindən məlumat verilib.
Bundan başqa, istismara verildiyi dövrdən may ayına qədər "Şayıflı" KSES-də isə 48,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Xatırladaq ki, 2024-cü il mayın 18-də Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş ümumi gücü 10,5 MVt olan "Zəngilan" KSES və ümumi gücü 10,5 MVt olan "Şayıflı" KSES istismara verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB