"Müşavirəni tarixi hadisə kimi dəyərləndirə bilərik" - MÜNASİBƏT BİLDİRİLDİ
"Son müşavirə ümumi olaraq nəqliyyat tənzimlənməsinə, hərəkət axınının təyin edilməsinə, o cümlədən Bakı ətrafı qəsəbələrin, Bakıya yaxın və ya şəhərin mərkəzində olan tıxacların aradan qaldırılması üçün atılacaq tədbirlər, addımlar konstektində bir müşavirə idi". Bu barədə SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
O bildirib ki, müşavirəni biz tarixi hadisə kimi dəyərləndirə bilərik: "Çünki burada mövcud olan şəhər infrastrukturunun gələcəyi, onun taleyi, ondan sonra əldə olunacaq uğurlar, daha sonra yeni infrastrukturun əsas predmeti olan yeni yolların inşası, yeni yollarda baş verəcək tıxacların aradan qaldırılması, sonra dəmir yolunun inkişafı, məktəbli avtobuslarının təyin edilməsi, ictimai zonaların, piyada zonalarının yaradılması, yəni çoxlu və uzunmüddətli bir perspektivə hesablanan layihələrdir. Bu layihələrin əsas mahiyyəti ondan da ibarət olacaq ki, artıq şaxələnmə nəticəsində hərəkət infrastrukturunda yenilənmələr olacaq.
Sonra metro sistemlərinin bərqərar edilməsi, yəni metrolar bildiyimiz kimi çox gözəl, daha doğrusu, metroların ümumi olaraq hərəkət intensivliyi və onların hərəkət trayektoriyası da rəngarəng və şaxəlı olmalıdır ki, ümumi axınlara təsir edə bilsin. Bu və digər formada görüləcək işlərin əsas predmetini təşkil edəcək. Daha sonra isə nəqliyyat axınlarının istifadə qaydalarında, xüsusən yeni mikromobillik və insanyönümlü şəhərlər siyasətində bu da özündə bir neçə ehtivaları edəcəkdir.
Konkret olaraq isə müşavirənin yenə qeyd etdiyimiz kimi bir tarixi əhəmiyyəti də ondan ibarətdir ki, artıq burada 5−10 illik bir proqramlar təsdiq olundu. Cənab prezident tərəfindən təsdiq olundu. Bunu tarixi hadisə kimi dəyərləndirmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə