Sumqayıt şəhərinə gətirilən avtobusların özəlliyi BƏLLİ OLDU - QURUMDAN AÇIQLAMA
Sumqayıt şəhərində ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi istiqamətində daha bir mühüm addım atılıb. Şəhərə Çinin nüfuzlu Yutong şirkəti tərəfindən istehsal edilmiş 20 ədəd iri tutumlu, müasir tipli avtobus gətirilib.
Bu avtobusların əsas xüsusiyyəti onların sıxılmış təbii qazla (CNG) işləməsidir ki, bu da onları ekoloji baxımdan daha təmiz və sərfəli nəqliyyat vasitəsinə çevirir.
Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev açıqlamasında bildirib ki, Sumqayıt şəhərinə 20 avtobus gətirilib və gələcəkdə də gətiriləcək. Digər köhnə avtobuslar isə maşurut xətlərində fəaliyyətini davam etdirir".
Müəllif: Xeyrənsə Piriyeva
Bütün xəbərlər Facebook səhifəmizdə