Əmlak bazarında artım stabil olaraq davam edir

Son illərdə iqtsadiyyatda baş verən artımların və geo-siyasi vəziyyətin sabitləşməsi ölkəmizdə daşınmaz əmlak bazarına öz təsirini göstərmişdir. Postpandemiya dövründə daşınmaz əmlak bazarında qiymətlərin sürətli artımı baş vermişdir. Torpaqlarımız işğaldan azad edilib və orda infrastrukturun bərpası prosesi başlayıb. Əsasən də bu artım paytaxtın mərkəzi və infrastrukturun daha yaxşı inkişaf etdiyi sahələrdə baş vermişdir. Xüsusən də şəhərin ”İçəri şəhər” “Ağ şəhər”, ”Xocalı”, “Yusif Səfərov”, “Həsən Salmani”, “Mehdi Mehdizadə” və sair kimi mərkəzi küçə və prospektlərdə surətli artım müşhidə olunur. Nəticədə ölkəyə investisiya axını və maraq güclənib.

Azərbaycanda yeni reallıqlar və iqtisadi inkişaf üçün zəmin yaranıb. Əhalinin zövq və maraqları da ciddi dəyişib. Vətəndaşlarımız daha komfrot şəraitli və daha geniş imkanlara malik mənzillərdə yaşamaq xəttini tutub. Burda Bakının Baş planının hazırlanması və hökumətin qarşıya qoyduğu məqsədlərin rolu var. Baş verənlər ölkə iqtisadiyyatındakı dəyişikliklərin vətəndaşların həyatına təsiri kimi görünməlidir.

Qeyri-yaşayış sahələrində isə artıq investorlar riskli yatırım edib qazanc əldə etməkdənsə daha stabil və perspektivli ərazilərə yatırım edirlər. Bunun nəticəsi olaraq yuxarıda qeyd olunan ərazilərdə əmlakın satış dəyəri 1 kvm dəyərinin 30-34 faiz artmasını baxmayaraq icarə gəlirləri 12-15 faiz arası artmışdır. Əmlakın yerləşməsi mərkəzdən kənarlaşdıqca isə əks tendensiya müşahidə olunur. İcarə gəlirlərinin satış qiymətinə nisbətən daha çox artması. Ekspert isə bu məsələyə yuxarıda qeyd olunduğu kimi paytaxtın mərkəzinə və əhəmiyyətli küçələrinə yaxınlaşdıqca stabilliyin artması əsas gətirilir

Yuxarıda qeyd olunanların nəticəsi olaraq mərkəzi küçə və prospektlərdə əmlakın gəlirlilik göstəriciləri son müddətlərdə 4-5% aralığında, kənar ərazilərdə isə (Yasamal, Əhmədli, Nizami rayonu və s.) 5-6 % müşahidə olunur. Həmin əmlakın icarədən gələr gəlirliliyi dəyişilmədən qaldığından əmlakın icarəsinin ümumi dəyərinə münasibətdə invertarizasiya xərcləri də nəzərə alınmaqla 25 ildən tez müddətdə dəyərinin tam ödənilməsi ağılabatan deyildir.

İLHAM ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə