Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun təcrübə sahəsində yetişdirilən zəfəranın yığımına başlanılıb.
SİA-nın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, təcrübi əkinlərində əsas məqsəd zəfəran toxumçuluğunu genişləndirmək, sort üzərində tədqiqat işləri aparmaqdır. Müxtəlif zəfəran sortlarının əkildiyi sahələrdə tədqiqatçılar bitkinin xəstəliklərə davamlılığı, məhsuldarlığı və dad göstəricilərini öyrənirlər.
Ölkəmizdə zəfəran becərilməsi dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, növbəti təsərrüfat ilində zəfəran əkinlərinin hər hektarına görə fermerlərə 440 manat subsidiya veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə