"Yeni şuranın yaradılması nəqliyyat sahəsində üstünlüklər yaradacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Nəqliyyat sektorunun inkişafı Azərbaycan üçün prioritet olaraq qalmaqdadır. Yeni strukturun formalaşdırılması və Nəqliyyat Əlaqələndirmə Şurasının yaradılması birbaşa bu sahənin inkişafı ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, eyni zamanda, bu qərar bir daha təsdiq edir ki, nəqliyyat və logistikanın inkişafı Azərbaycan üçün əsas məsələdir: "Artıq yeni formalaşan şura bütövlükdə bu sahədə fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirəcək. Hesab edirəm ki, bundan sonra sistemli şəkildə nəqliyyat sektorunun dəstəklənməsi və inkişafını müşahidə edə biləcəyik. Ona görə Azərbaycanda yeni şuranın yaradılması nəqliyyat və logistik sahədə yeni imkanlar və üstünlüklər yaradacaq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə