Elnur Məmmədov 18 kiloqram arıqladı FOTO

26 Mart 2019 17:11 (UTC+04:00)

Müğənni Elnur Məmmədov 18 kiloqram arıqlayıb. SİA-nın mulumatına görə, bu haqda ifaçının özü xəbər verib: "Çox dediniz arıqla, buyurun, 17-18 kiloqram arıqladım. İndi də kim məni görür deyir ki, biz kök Elnuru istəyirik, kökəl. Mən bilmirəm insanlar nə istəyir. Əzizlərim, mən görüntü üçün arıqlamamışam, sağlamlığım üçün bunu etmişəm".