Neymara sərt cəza verilib

20 Oktyabr 2017 16:28 (UTC+04:00)

PSJ-nin futbolçusu Neymara sərt cəza verilib. SİA-nın məlumatına görə, Braziliya məhkəməsi ulduz futbolçunu 3,8 milyon real məbləğində cəzalandırıb. Buna səbəb Neymarın vergi borclarını gecikdirməsi olub. Braziliya millisinin üzvünün ailəsi və 3 təmsilçisi də eyni miqdarda cərimələnib.

Qeyd edək ki, 2011-2013-cü illərdə reklam gəlirlərinin bir qismini maliyyə idarəsindən gizlətdiyi üçün "sambaçı"nın 62,5 milyon dollarlıq sərvətinə həbs qoyulmuşdu.