Qaldı ki, Ruben Vardanyanın Nikol Paşinyanın devrilməsi yönündə “siyasi fiqur” olaraq Azərbaycan ərazilərinə “desant” qismində atılmasına, çox yəqin və ümidvarıq ki, Kremldəki məlum, yaxud naməlum adamlar da Azərbaycan ərazilərinin Rusiyanın qaranlıq dairələri üçün hər hansı bir “platsdarm”, yaxud “tramplin” rolu olmayacağını anlayacaqlar və belə bir kirli siyasi oyunbazlıqlarına son qoymalı olacaqlar
Rusiya vətəndaşlığından imtina edən və Qarabağa gələn erməni milyarderi Ruben Vardanyan son günlər Rusiya sülhməramlıları kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərində fəallığı ilə seçilməkdədir. Və yalnız fəallığı ilə deyil, həm də ərazilərimizə qarşı separat xarakterli bəyanat və açıqlamaları, plan və məqsədlərini açıqlaması ilə də...
Kreml projesinin bir ucunun məhz Azərbaycanın suveren əraziləri istifadə olunmaqla həyata keçirilməsi cəhdləri özü-özlüyündə bir sıra böyük suallar doğurmaqdadır
Artıq onun Rusiyanın layihəsi olması və bu layihənin Ermənistandakı mövcud Paşinyan iqtidarının yıxılması yönündə hazırlandığı da kimsəyə sirr deyil. Lakin sözügedən Kreml projesinin bir ucunun məhz Azərbaycanın suveren əraziləri istifadə olunmaqla həyata keçirilməsi cəhdləri özü-özlüyündə bir sıra böyük suallar doğurmaqdadır. Məsələ ondadır ki, bu dəfə Xocalıda görünən Vardanyanın "Artsaxa investisiyalar davam edəcək. Mən Artsaxa gəlib sərmayə qoymağa hazır olan hər kəsi dəstəkləyəcəm..." ifadələri fonunda bu qədər özünə güvənən şəkildə fikirlər səsləndirməsi reallıqda bıçağın sümüyə dirənməsi faktorunu dağa çox qabartmağa başlayıb. Bu separatçı ünsürün hər an Azərbaycan Ordusunun hədəfi altında olmasına baxmayaraq onun bu qədər inamlı fikirlər səsləndirməsi artıq qırmızı xəttin keçilməsi mənasını da daşıyır.
Sözügedən məsələni daha geniş təfərrüatlarla açıqlamaq üçün qeyd edək ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisində yeni “təyin olunmuş” sözdə "dövlət naziri", rusiyalı milyarder Ruben Vardanyan bu günlərdə işğal altındakı Xocalı rayonunun Daşbulaq kəndinə gedib və orada görülən işlərlə tanış olub. Özünün Facebook səhifəsində məlumat verən separatçı yazır: "Artsax(Qarabağ) həqiqətən möcüzələrlə doludur. Əsgəran (Xocalı) rayonunun “Astqaşen” (Daşbulaq) icması nadir təbii sərvətləri və münbit torpağı ilə həmin möcüzələrdən biridir. Hətta müharibədən sonra da insanlar öz gələcəklərini Artsaxda, öz torpaqlarında qurmağa davam edirlər. Bir neçə gün əvvəl həyat yoldaşım Veronika və kiçik oğlumuz Georgi ilə “Astqaşendə” idik. Yeni salınmış xurma bağına indi mənim komandamda olan sahibi Arman Akopcanyanın dəvəti ilə baş çəkdik. 20 hektarlıq bağ bütün müasir aqrotexniki standartlara uyğun əkilib becərilmiş, damcı suvarma ilə və s. ilə təmin olunmuşdur. Bunlar iş yerləri və ixrac üçün yüksək keyfiyyətli “Artsax” məhsullarıdır. Məhsulları gözləyirik!.. “Artsaxa investisiyalar davam edəcək. Mən “Artsaxa” gəlib sərmayə qoymağa hazır olan hər kəsi dəstəkləyəcəm. Bizim “Artsaxı” regionda yaşamaq üçün ən gözəl yerə çevirmək üçün real imkanımız var".
Bu separatçı ünsür Azərbaycan əsgərinin əlindəki silahın, Qarabağ səmalarında kəşfiyyat aparan PUA-ların nişangahındadır və hər an (!) onun çərənləyən başından yeni nəfəslik dəliyi açılması kifayət qədər mümkündür
Bax belə... Ancaq bu separatçı ünsür görünür RSK-nın çətiri altında arvad-uşağı ilə çox rahat gəzəcəyinə o qədər əmindir ki, bu cür sərsəm fikirlərini açıqlayır və söz yox ki, bu qanunsuzluqlara şərait yaradan tərəflər də bəllidir – məhz RSK-nın Qarabağdakı komandanlığı, habelə onları Kremldən Azərbaycana təzyiq üçün istifadə etməyə cəhd göstərən dairələr. Lakin maraqlı məqamlardan biri də budur ki, Vardanyan RSK-nın 2025-ci ildə (belə getsə daha tez-R.R.) Qarabağdan birdəfəlik çıxacağını bilə-bilə əlindəki pul-paralarını həmin torpaqlara sərmayə olaraq buraxır, üstəlik nəinki Xocalıda, eləcə də RSK-nın müvəqqəti yerləşdiyi digər ərazilərimizdə inşaat işləri aparılır. Amma yuxarıda da qeyd etdiyimiz kimi, bu separatçı ünsür(lər) Azərbaycan əsgərinin əlindəki silahın, Qarabağ səmalarında kəşfiyyat aparan PUA-ların nişangahındadır və hər an (!) onun çərənləyən başından yeni nəfəslik dəliyi açılması kifayət qədər mümkündür.
Qaldı ki, Ruben Vardanyanın Nikol Paşinyanın devrilməsi yönündə “siyasi fiqur” olaraq Azərbaycan ərazilərinə “desant” qismində atılmasına, çox yəqin və ümidvarıq ki, Kremldəki məlum, yaxud naməlum adamlar da Azərbaycan ərazilərinin Rusiyanın qaranlıq dairələri üçün hər hansı bir “platsdarm”, yaxud “tramplin” rolu olmayacağını anlayacaqlar və belə bir kirli siyasi oyunbazlıqlarına son qoymalı olacaqlar. 2025-ci il heç də uzaqda deyil, cəmi iki il qalır...
Rövşən RƏSULOV