Rusiya bu müharibədə istəklərinə nail ola bilmədi -HƏRBİ EKSPERT RƏY BİLDİRDİ

14 Noyabr 2022 13:41 (UTC+04:00)

"Rusiya ilə Ukrayna müharibəsindən əvvəl hər kəs Rusiyanın çox böyük bir dövlət olduğunu, güclü ordusunun olduğunu, çox güclü ehtiyyat qüvvələrinin olduğunu deyirdi. Amma biz bu müharibə zamanı gördük ki, Rusiya ordusunun heç də göründüyü kimi, deyildiyi kimi güclü ordusu yoxdur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib:

Onun sözlərinə görə, Rusiya bu müharibədə reallıqın başqa olduğunu bizlərə göstərdi. Rusiyada nə düzgün planlama, nə qoşunların hərəkatı, nədə aparılan müharibə heç bir nəticə vermədi. Bunun bir neçə səbəbi var. Rusiya ordusunun hazırlıqlı olmaması, müharibənin ədalətsiz olması və rus əsgərinin artıq başqa ərazilərdə döyüşmək ruhunun olmaması əsas səbəblərdəndir. Ukraynalıların isə savaşması və əsasda salam NATO-nun və Qərbin onlara istər iqtisadi, istərsə də hərbi yardımların göstərməsi və mənəvi dəstək verməsi onların güclü olmasına gətirib çıxartıdı. Rusiya bu müharibədə istəklərinə nail ola bilmədi. Böyük iqtisadi sanksiyaları göz önünə almışdı ki, işğal edəcəyi dövlətə və digər dövlətlərə göz dağı verəcək və istədiklərini dünya birliyinə qəbul etdirəcək. Lakin biz bunun tam əksini gördük Rusiya bu müharibədə ardı-ardına dəfələrlə məğlub oldular. Əvvəl bildirirdilər ki, qısa müddətdə Kiyevi və bütün Ukraynanı işğal edəcək, bu isə mümkün deyildir. Ukraynanı bütünlüklə işğal etsəydilər belə onları idarə etmək heçdə asan məsələ deyildi. Rusiyanın belə güclü iqtisadi potensiyalı yox idi ki, Ukraynanı idarə edə bilsin.

Hərbi ekspert sözlərinə davam edərək bunlarıda qeyd edib ki, Ukraynaya isə dünya birliyi bu müharibə zamanı dəstək verirdi və bu dəstəyini hələ də davam etdirir. Və bununda nəticəsi olaraq həm də Ukrayna xalqının vətənpərvərliyi bu müharibənin öz xeyirlərinə dəyişməsinə gətirib çıxartdı. Rusiya isə düzgün addım atmaması, doğru siyasət yeritməməsi onları pis vəziyyətə gətirib çıxartdı. Bəziləri deyir ki, Rusiyanın başqa çıxış yolu yox idi, Rusiya bunu hesablamalı idi, NATO Rusiya sərhədlərinə qədər gəlir. Rusiya bunu anlamalı idi ki, Berlin divarları söküləndən Almaniya birləşəndən bəri NATO Şərqdə genişlənirdi. Rusiya isə bu reallıqla barışmalı idi. Bu reallıqla barışmayan Rusiya düzgün siyasət aparmayaraq sonda belə ağır bir məğlubiyyətə düçar oldu. Burada Amerika Birləşmiş Ştatlarının da həm iqtisadi, həm də hərbi rolu oldu. Ancaq bəziləri deyir ki, Rusiya qısa bir zamanda çökəcək, parçalanmalar olacaq. Həqiqətəndə gec-tez bütün imperiyalar kimi Rusiya da nə zamansa parçalanacaq. Amma mən düşünürəm ki, bu yaxın gələcəkdə baş verməyəcək. Bunu düşünmək mənim fikrimcə, sadəlövlük olar".