Elm və Təhsil Nazirliyi işsiz müəllimi işlə təmin edib

14 Noyabr 2022 12:30 (UTC+04:00)

Elm və Təhsil Nazirliyi işsiz müəllimi işlə təmin edib. SİA xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllim Nərmin Şamxalovanın vakansiyasında yaranan problemlə bağlı məsələyə nazirlik dərhal reaksiya göstərərək müraciətə baxılıb: “Məsələ barədə müsbət qərar qəbul edilib. Nərmin Şamxalova bu gündən 236 nömrəli tam orta məktəbdə müəllimi kimi fəaliyyətə başlayıb”.