Çində koronavirusa yoluxmalar kəskin artıb

13 Noyabr 2022 07:12 (UTC+04:00)

Çində koronavirusa yoluxanların sayında apreldən indiyədək ən ciddi artım qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Channel News Asia kanalı məlumat yayıb

Rəsmi məlumata görə ötən sutka 11 950 koronavirus xəstəsi aşkar edilib. Bir gün əvvəl isə göstərici 10 700 nəfər olub. Bu da apreldən indiyədək ən ciddi artımdır.