"Konstitusiyamız çox çətin bir dövrdə qəbul olunub" - SİYASİ EKSPERT RƏY BİLDİRDİ

12 Noyabr 2022 14:45 (UTC+04:00)

"Konstitusiya günü əlbəttə, hər bir ölkə üçün vacib bir gündür. Konstitusiyanın olması bir dövlətin siyasətini, demokratik quruluşunu müəyyənləşdirən bir ana qanundur". Bu sözləri SİA-ya açıqlmasında siyasi ekspert Vüqar Əhmədov deyib:

Onun sözlərinə görə, ölkə məhz konstitusiyada müəyyən olunan dövlətin və vətəndaşların hüquqları əsasında formalaşır. Düşünürəm ki, bizim konstitusiya mütərəqqi konstitusiyadır, müasir dünya ilə ayaqlaşan bir konstitusiyadır. Cünki, vaxt aşırı olaraq dünyada gedən prosseslərlə bağlı Azərbaycan dövlətidə konstitusiyanın yenilənməsi və əlavələr olunması ilə bağlı hər zaman islahatları gündəmdə saxlayıb və həyata keçirmişdir. Bunların həyata keçirilməsində Azərbaycan dövləti, vətəndaş cəmiyyətləri, qeyri hökümət təşkilatları ölkə içtimaiyəyində fəal şəkildə iştirak etmişdir. Bu da onu göstərir ki, bizim Konstitusiyamız müasirdir. Biz hər zaman çalışırıq ki, hər zaman ölkəmiz inkişaf etsin və müasir dünyada olduğu kimi Azərbaycanda da əsas dövlətin idarə etməsi qanunlar əsasında formalaşsın. Siyasi ekspert sözlərinə davam edərək bildirib ki, dövlət idarə etməsində qanunlar əsas prinsip kimi götürülür. Bundan sonra da düşünürəm ki, müasir sivilizasiyalı hüquqi dövlət quruculuğunda konstitusiya bizim dövlətimizin əsas prinsipi olacaq. Biz bilirik ki, konstitusiyamız Azərbaycanın çox çətin bir dövründə qəbul olunmuşdur. O dövrlərdə Azərbaycan dövləti yeni-yeni formalaşırdı. Amma indi biz qalib dövlətik".