“Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma”

11 Noyabr 2022 11:10 (UTC+04:00)

11 noyabr 2022-ci il tarixində saat 13:30-dan 18:00-dək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Nəsil Qrup MMC və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” mövzusunda Elmi Konfrans həyata keçiriləcək. SİA xəbər verir ki, konfransın işi canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/).

Konfrans zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən sidik yolları infeksiyalarının diaqnostika və müalicəsi ilə bağlı tibbin ən son yeniliklərini özündə əks etdirən məruzələr təqdim ediləcək, sual-cavab və müzakirələr təşkil ediləcək.

Konfrans proqrama uyğun olaraq laborant, virusoloq, mikrobioloq, uroloq, infeksionist, uşaq cərrahı, histomorfoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Proqramla tanış olmaq üçün linkə keçid edə biləriniz: https://customshospital.az/11-noyabr-sidik-yollari-infeksiyalarnin-diaqnostikasi-ve-mualicesine-kompleks-yanasma-movzusunda-elmi-konfrans/?f