“Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı baş tutub - FOTOLAR

10 Noyabr 2022 20:14 (UTC+04:00)

Bu gün Nizami Kino Mərkəzində isveçli fotoqraf, rejissor Mikael Silkeberqim “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı baş tutub. SİA xəbər verir ki, film Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UMESCO üzrə Azərbaycan Milli komissiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmişdir. Film “2022-ci il Şuşa İli” və Şanlı Zəfərimizin ikinci il dönümü münasibəti ilə mədəniyyət paytaxtımızın əsrarəngiz mədəni-ədəbi ruhuna orjinal baxışı əks etdirir.
Tədbirin açılış nitqini kino rejissor Rahim Sadiqbəyli edərək, film haqqında geniş məlumat verdi.
Daha sonra isə Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov çıxış edərək, filmin əhəmiyyətini vurğuladı: “Əminəm ki, vətən müharibəsi barədə çox sözlər deyiləcək, dastanlar yazılacaq və filmlər çəkiləcək. Təkcə bir neçə il ərzində Mədəniyyət Nazirliyi tərəfindən 30 layihə təqdim olundu. Bu lahiyələr barədə daim məlumatlar verilir.
Böyük Qayıdış Azərbaycan mədəniyyətinin özünə qayıdışıdır. Bu film də onun bir nümunəsidir. Qürurverici hissə isə bu filmi isveçli fotoqrafın çəkməsidir. Əminəm ki, filmdən hər biriniz çox zövq alacaqsınız”.
Çıxışlar bitdikdən sonra isə film nümayiş olundu.