“Uşaqlıqda atam mənə kamera bağışlamışdı. Bununla da mən ilk dəfə şəkil çəkməyi öyrənmişdim”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında isveçli fotoqraf, rejissor Mikael Silkeberq bildirib. Onun sözlərinə görə, kitabların birində “Bülbül” əsərini gördüm və oradakı şəkilləri çəkdim: “Bu məndə maraq oyadırdı ki, görəsən bülbül və gülün məhəbbəti haradan, hansı ölkədən yaranıb. İllər sonra Rahimlə tanış oldum, onunla bərabər Şuşaya getdik. Rahim Xarıbülbül əfsanəsini danışdı, bundan sonra isə məndə bu filmi çəkməklə bağlı maraq oyandı”.