"Ermənistanın siyasi konyunkturası əxlaqsızlıq üzərindən qurulub" - EKSPERT RƏY BİLDİRDİ

10 Noyabr 2022 15:53 (UTC+04:00)

"Ermənistanın öz üzərinə öhdəliklər götürməməsinin əsas səbəblərindən biri maksimum şəkildə Qarabağda yaşayan ermənilərin hüquqi statusunun təmin olunmasına çalışmaqdır”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunun birinci əlahiddə korpusunun və erməni separatçı qüvvələrinə məxsus hərbi birləşmələr hələ də Qarabağ ərazisində mövcuddur: “Onların həmin ərazidən çıxarılması üçün yeganə yol yalnız hərbi müdaxilədir. Artıq görünən odur ki, bütün mövcud danışıqlar, addımlar və prosseslər heç bir halda erməni silahı birləşmələrinin ərazidən çıxarılmasına kömək etmir”.

Hərbi ekspert fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin açılmaması prosesi daha da gərginləşdirir: “Ermənistan tərəfi Zəngəzur dəhlizi məsələsində manipulyasiya etməklə məşğuldur. Ermənistan bu məsələyə Fransa və İranı daxil etməyə çalışır. Ümumiyyətlə erməni siyasətinin əsasında siyasi əxlaqsızlıq dayanır. Bu baxımdan birmənalı şəkildə Ermənistandan nəyisə gözləmək, tələb etmək doğru deyil. Çünki 30 il ərzində gedən danışıqlar heç bir nəticə vermədi və sonda hərbi müdaxilə ilə biz torpağlarımızı işğaldan azad etdik. Hesab edirəm ki, bu məsələdə də hər hansı bir hərbi müdaxilə olmasa biz effektiv bir nəticə əldə edə bilməyəcəyik".