Xersondan rus qoşunları çıxarıldı ŞOYQU

10 Noyabr 2022 13:44 (UTC+04:00)

Rusiyanın müdafiə naziri Sergey Şoyqu rus ordusuna Ukraynanın cənubundakı Xerson şəhərini tərk etməyi əmr edib. SİA xəbər verir ki, Xerson vilayətindəki rus qoşunları Dnepr çayının şərqinə çəkiləcək.

Rusiya qoşunlarının bölgədən çıxarılmasını təklif edən Ukraynadakı Rusiya qüvvələrinin komandanı Sergey Surovikin bildirib ki, əsgərlərimizin həyatını və qoşunlarımızın döyüş qabiliyyətini xilas edəcəyik: "Onları Dnepr çayının qərbində sahilində saxlamaq mənasızdır".

Müdafiə naziri Şoyqu da qoşunların çıxarılması təklifini qəbul etdiyini bildirib və qoşunların çayın əks sahilinə keçirilməsi və şərq sahilində müdafiənin qurulması üçün bütün lazımi tədbirlərin görülməsinə göstəriş verib.