Kənd təsərrüfatı sahəsində hansı yeniliklər gözlənilir? - ARAŞDIRMA

10 Noyabr 2022 10:54 (UTC+04:00)

İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı yüksək texnologiya ilə xarakterizə olunur. İnkişaf etmiş ölkələr kənd təsərrüfatının əksər sahələrində liderdirlər. Rusiya, Çin, ABŞ, Braziliya və Argentina maldarlığın yüksək səviyyəsi ilə seçilir.

Dünya ölkələrində süd məhsullarının istehsalında Fransa, Rusiya və Çin, quş əti istehsalında ABŞ, Fransa və Hollandiya, qoyun ətində Avstraliya və Böyük Britaniya, donuz ətində isə Kanada, Belçika, Danimarka və Hollandiya ön sıralardadır.

Kənd təsərrüfatının inkişafında sahibkarlıq

Sahibkarlıq davranış formasından asılı olmayaraq kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Kənd təsərrüfatı müəssisələrinin sürətli inkişafı kənd təsərrüfatında islahatlar aparıldıqdan və kolxozların ləğvindən sonra başlamışdır.

Özəl müəssisələr kənd təsərrüfatı məhsullarının əsas istehsalçılarıdır. Əksər müəssisələr öz strategiyalarını mənfəəti artırmaq üzərində qururlar. Bunun üçün daim investisiyalar cəlb edilir, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün yeni texnologiyalar tətbiq edilir.

Kənd təsərrüfatı istehsalçılarını dəstəkləmək üçün bir çox dövlət proqramları mövcuddur ki, onların arasında birbaşa maliyyələşdirmə proqramları diqqəti cəlb edir. Bu proqramlara qrantlar daxildir. Bu proqramın özəlliyi ondan ibarətdir ki, alınan məbləğin qaytarılmasına ehtiyac yoxdur.

Kənd təsərrüfatı müəssisəsinin inkişafı üçün kredit vəsait cəlb etməyin ən populyar yoludur.

Kredit almaq üçün ərizə administrasiyanın tövsiyəsi, əmlaka və ya zaminə malik olmaq üçün sənədlər, müraciət edən və alanın şəxsiyyətini təsdiq edən sənədlər təqdim olunmalıdır.

Ölkəmizdə kənd təsərrüfatının inkişafında hansı yeniliklər gözlənilir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Kənd təsərrüfatı ölkə iqtisadiyyatının ən mühüm sahəsi olmaqla yanaşı, iqtisadi göstəricilərində daim artım müşahidə olunan azsaylı sahələrdən biridir. Eyni zamanda, aqrar sektorda hələ də həm ən yüksək dövlət səviyyəsində, həm də kiçik sahibkarlar səviyyəsində həllini tələb edən bir sıra problemlər qalmaqdadır.

Son illər ərzində kənd təsərrüfatı məhsulları istehsalının artımı əksər sahələr üçün xarakterik olub, bitkiçilik sahəsi üzrə artımda həm intensiv, həm də ekstensiv amillər təmin edilib, heyvandarlıq sahəsində artım isə tədricən intensiv inkişafa əsaslanmağa başlayıb.

Kənd təsərrüfatının potensialının artırılması müxtəlif istiqamətlər üzrə həyata keçirilən genişmiqyaslı tədbirlər sistemi vasitəsilə reallaşdırılır.

Ölkədə meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi məqsədilə dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən böyükmiqyaslı layihələr hesabına son 10 il ərzində 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox olub.

Millət vəkili, Milli Məclisin aqarar siyasət komitsinin üzvü Azər Badamov: "Aqrar sektor daima inkişafda olan və yeniliklərin edilməli olan sektordur. Bu sektorun inkişafı və baş verən artımlar ölkə əhalisinin etibarlı ərzaq məhsulları və ərzaq təhlükəsizliyinin təminatına yol açır. Ona görə də dövlət yaxın və uzun dövür üçün proqramla qəbul edir və hədəflər müəyyənləşdirir. Bu hədəflərə nail olmaq üçün hər il müəyyən işlərin həyata keçirilməsi nəzərdə tutulur. Ölkəmizin iqtisadiyyatını daha yüksək inkişafa qovuşdurmaq və rəqabət qabiliyyətli iqtisadiyyatı yaratmaq üçün 10 illik proqram qəbul olunmuşdur. Azərbaycan 2030: Sosial- iqtisadi inkişafına dair Milli prioritetlr qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin yaradılması nəzərdə tutulur. Bu hədəfə nail olmaq üçün 2030-cu ilə qədər aşağıdakı əsas 5 Milli prioritetin icrası planlaşdırılmışdır.

1.dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsi.

Bu 5 hədəfin icrası 2030 –cu ilə qədər iqtisadiyyatımızn bütün sahələrini yüksək inkişafa qovuşduracaqdır. Beləki hər il aqrar sahədə də müəyyən olunmuş artımlara nail olunacaq. Cari ilin 9 ayında ölkəmizin kənd təsərrüfatı 4%-dən çox artmışdır. 2023-cü ildə də bu sahədə yüksək artıma hədəflənmişdir. Yeni fermer təsərrüfatların və aqroparkların fəaliyyətə başlaması, işğaldan azad edilmiş ərazilərin dövrüyyəyə qaytarılması bu sahədə daha yüksək nəticələr əldə edə olunmasına yol açacaqdır. Beləki aqrar sahə həm də işsizliyin aradan qaaldırılmasında da əsas yer tutur. Gələn ildə ölkəmizdə həyata keçirilən özünə məşğulluq proqramı 100% kənd təsərrüfatı əhatə edəcəkdir. Təbii ki, özünəməşğulluq proqramı da ərzaq məhsulların artmasına öz müsbət təsirini göstəricəkdir. Hesab edirəm ki, 2023-cü ildə aqrar sektor yeniləklərlə və yüksək nəticələrlə zəngin olacaq.

İqtisadiyyatın aqrar sektoru daima inkişaf edən və yeniliklər tədbiq olunan sahədir. Bu gün ölkəmizin əhalisi artdığı kimi ərzaq məhsulara olan təlabat da günü-gündən artmaqdadır. Dünyada baş verən proseslər qlobal bazarlarda bahalaşmaya gətirib çıxartmışdır. Azərbaycan da dünyanın bir parçası olduğundan iqtisadiyyatımız qlobal bazarların təzyiqləri ilə qarşılaşmaqdadır. Bu, əsasən idxal etdiyimiz ərazaq məhsulların qiymətlərində baş verən bahalaşmalarla daha çox narahat edicidir. Hətta son zamanlar dünya ölkələri bahalaşmadan daha çox malların qıtlığı narahat edir. Azərbaycan bu qlobal çağırışlara adekvat cavab verərək daxili istehsalı artırmağa və xarici bazarlardan asıllığı azaltmağa çalışır. Ona görə də aqrar sektorda müasir innovasiyaların yerləşdirilməsi və istehsal olunan məhsulların orta məhsuldarlığının artırılması məsələsi daha da aktuallaşmışdır. Bununla əlaqədar dövlət kənd təsərrüfatı məhsullarının istehsalıçılarının stimullaşdırması tədbirləri genişləndirilir. Beləki, bəzi çeşidli kənd təsəsrrüfatı məhsullarının istehsal nəticələrinə görə əlavə subsidiyalar ödənilir, müasir innovativ üsullarla ərzaqlıq buğda istehsal edən fermerlərə əlavə subsidiyalar verilir.

İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi genişlənir. Bu ərazilər yenidən dövrüyyəyə qaytarılaraq böyük aqroparklar yaradılır və ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün daha vacib kənd təsərrüfatı məhsulları əkilməyə başlamışdır. Aqrar sahə təbii ki, ağır sahədir. Bu günün çağırışları mövcud ərazilərin məhsuldarlığının artırılmasına fokslaşmışdır. Təbii ki, hədəflərə çatmaq üçün müəyyən çətinliklərdən keçməli oluruq. Amma hesab edirəm ki, aqrar sahəni müasir texnoloji üsullarla inkişaf etdirməklə daxili bazarımızda ərzaq təhlükəsizliyi təmin etməklə xarici bazarlara da çıxışımızı genişləndirmək mümkün olacaqdır”.

Havar Şəfiyeva