Bakıda evdən 25 min dollar oğurlanıb

9 Noyabr 2022 14:32 (UTC+04:00)

Bakıda evdən 25 min dollar oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 25000 dollar və 200 avro oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S.Əliyev saxlanılıb.