İtaliyada 5,7 bal gücündə zəlzələ olub

9 Noyabr 2022 11:45 (UTC+04:00)

İtaliyanın Rimini şəhəri sahillərinə yaxın ərazidə 5,7 bal gücündə zəlzələ qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə, episentri Rimini şəhərindən 64 kilometr şərqdə və Pesaro şəhərindən 32 kilometr şimal-şərqdə olub.