Azərbaycan XİN Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

9 Noyabr 2022 11:27 (UTC+04:00)

“Üçrəngli bayrağımızın müstəqil və firavan Azərbaycanın hər bir guşəsində əbədi dalğalanmasını arzu edirik”. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində yazılıb.

Qurum 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.