Avropada istidən... ölənlərin sayı

8 Noyabr 2022 18:58 (UTC+04:00)

Avropada yay mövsümündə təsirli olan isti hava şəraitindən ən az 15 min insan həyatını itirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa direktoru Hans Kluqe Avropada isti hava dalğaları ilə bağlı statistikanı paylaşıb.

Hans Kluqe “Ölkələrin paylaşdığı məlumatlara görə, 2022-ci ildə isti havalar səbəbindən ən azı 15 min insan həyatını itirib” deyib.

İspaniyada isti hava şəraitinin təxminən 4 min insanın ölümünə səbəb olduğunu bildirən Kluqe eyni səbəbdən Portuqaliyada 1000, İngiltərədə 3 min 200, Almaniyada isə 4 min 500 adamın həyatını itirdiyini qeyd edib.

Kluge xəbərdarlıq edib ki, təsirli tədbirlər görülməsə, isti hava şəraiti və həddindən artıq isti hava gələcək illərdə daha çox ölümə səbəb olacaq.