“Təzə Pir” məscidinin rəisi vəfat edib

8 Noyabr 2022 09:19 (UTC+04:00)

"Təzə Pir” məscidinin rəisi Hacı Hatəm Mirzəyev vəfat edib. SİA xəbər verir ki, o, noyabrın 7-si axşam saatlarında 65 yaşında dünyasını dəyişib.

Məlumata görə, mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən "Təzə Pir” məscidinin rəisi vəzifəsində çalışırdı.