Türkiyenin yerli avtomobili "TOGG"un sosial media hesabında aparılan anketə görə avtomobilin ən çox bəyənilən rəngi bəlli olub.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, sorğuya qatılanların səslərinə görə ən çox bəyənilən rənq “Kapadokiya” olub.
"TOGG"un sosial media hesabından yayılan açıqlamada: “500.000 qədər adamın qatıldığı anket nəticəsinə görə avtomobilin ən çox seçim edilən rəngi “Kapadokya” olub. Anketə qatılan hər kəsə təşəkkür edirik”.