Pakistanın Baş naziri Azərbaycan Prezidentini və xalqını təbrik edib

7 Noyabr 2022 15:30 (UTC+04:00)

Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına möhkəmlik, cəsarət və milli birlik əlaməti olan Qələbə Günündə (Zəfər Günü - red.) səmimi arzularımı çatdırıram”. SİA xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb.

“Qoy bu günün qeyd olunması Qafqaz regionunda davamlı sülh və firavanlıq dövrünü açsın”,- Baş nazir təbrikində bildirib.