Nərimanov rayonunda "Zəfər Günü" qeyd olunub - FOTOLAR

7 Noyabr 2022 14:19 (UTC+04:00)

Nərimanov rayonunda 8 noyabr – Zəfər günü təntənəli şəkildə qeyd edilib. SİA xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı iləkeçirilən bayram tədbirində rayon rəhbərliyi, millət vəkilləri, ziyalılar və şəhidailələrinin üzvləri iştirak edib. Mərasimdəçıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, Möhtərəm Prezident cənab İlham Əliyevindahi rəhbərliyi, böyük cəsarəti vəəzmkarlığı nəticəsində, həmçininAzərbaycan oğullarının qəhramanlığı sayəsində biz bu gün Zəfər bayramını qeyd edirik. Vətən Müharibəsində qazanılan Şanlı Qələbə təkcə Azərbaycan tarixinin deyil, həm də dünya hərb vədiplomatiya tarixinin ən unikal hadisələrindən biridir.

Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbir iştirakçıları tərəfindən böyükmaraq və coşqu ilə qarşılanıb.